Qırğızıstanda KTMT PA-nın iclası keçirilir

post-img

Qırğızıstanın paytaxtı Bişkekdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT Parlament Assambleyası Şurasının iclası keçirilir. Bu barədə Qırğızıstan Respublikası Joqorku Keneşinin (parlament) mətbuat xidməti məlumat yayıb.

Tədbir “Ala-Arça” dövlət iqamətgahında təşkil olunub. Burada Qırğızıstanparlamentinin spikeri Nurlanbek Turqunbek, həmçinin Rusiya, Qazaxıstan, Tacikistan və Belarus parlamentlərinin rəhbərləri iştirak edirlər.

Məlumata görə, tədbirdə Qırğızıstan parlamentinin sədri çıxış edərək, kibertəhlükəsizlik və süni intellekt sahəsində hüquqi tənzimləmə məsələlərinə diqqət yetirib, “parlamentlərin zamanla ayaqlaşmalı olduğunu” vurğulayıb.

PA sədri, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin vurğulayıb ki, ilk növbədə təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində əməkdaşlığı inkişaf etdirmək lazımdır: “Ümumi problemlər ümumi həllər tələb edir”.

Xəbər verdiyimiz kimi, parlament rəhbərləri KTMT PA Şurasının gündəliyi çərçivəsində dövlətlərin ərazilərində ictimai-siyasi və hərbi vəziyyətin davamlılığının və sabitliyinin təmin edilməsi, təhlükəsizlik çağırış və təhdidlərinə qarşı mübarizə məsələlərini müzakirə edəcəklər.

P.ƏMİRCANOV
XQ

Dünya