2024-cü Akademik İlin elmi hesabatı təqdim olunub

post-img

Fevralın 20-də keçirilən AMEA-nın Ümumi yığıncağında AMEA-nın akademik-katibi akademik Arif Həşimovun “2024-cü Akademik İlin elmi hesabatı” mövzusunda məruzəsi dinlənilib.

Akademik Arif Həşimov qeyd edib ki, Azər­bay­can Res­pub­li­ka­sı­nın so­si­al-iq­ti­sa­di və mə­də­ni-mə­nə­vi in­ki­şa­fı ba­xı­mın­dan bir sı­ra nai­liy­yət­lər­lə mü­şa­yi­ət oltübitau­nan 2024-cü il Azər­bay­can el­mi, o cüm­lə­dən Azər­bay­can Mil­li Elm­lər Aka­de­mi­ya­sı üçün də uğur­lu ol­muş­dur. Diqqətə çatdırıb ki, 2022-ci ilin son­la­rın­dan AMEA-da baş­la­mış is­la­hat­yö­nüm­lü təd­bir­lər 2023-cü il­də ol­du­ğu ki­mi, 2024-cü il­də də ar­dı­cıl və komp­leks şə­kil­də da­vam et­di­ril­ib, nə­ti­cə­də Aka­de­mi­ya­nın struk­tu­ru əsas­lı ola­raq mo­dern­ləş­di­rilib, el­min ye­ni prio­ri­tet­lə­ri döv­lət si­ya­sə­ti­nin stra­te­ji hə­dəf­lə­ri və dün­ya el­mi­nin ça­ğı­rış­la­rı ilə uy­ğun­laş­dı­rıl­ıb, el­min döv­lə­tin so­si­al-iq­ti­sa­di, mə­də­ni-mə­nə­vi və ideo­lo­ji si­ya­sə­ti­nin hə­ya­ta ke­çi­ril­mə­sin­də iş­ti­ra­kı əhə­miy­yət­li də­rə­cə­də güc­lən­di­ril­ib, kadr po­ten­sia­lı müm­kün qə­dər op­ti­mal­laş­dı­rıl­ıb, bey­nəl­xalq el­mi əla­qə­lər ge­niş­lən­di­ril­ib, Aka­de­mi­ya­nın həm bey­nəl­xalq sə­viy­yə­də, xü­su­sən Türk dün­ya­sın­da, həm də res­pub­li­ka­da nü­fu­zu xey­li yük­səl­ib. 

“Bu­nun­la da Aka­de­mi­ya­da is­la­hat­la­rın il­kin mər­hə­lə­si özünün mühüm nəticələrini vermiş, key­fiy­yət­cə ye­ni ida­rə­et­mə və fəa­liy­yət sfe­ra­sı­na keç­mək üçün əl­ve­riş­li zə­min ya­ran­mış­dır”, - deyə bildirən məruzəçi vurğulayıb ki, 2024-cü il­də AMEA-nın el­mi mü­əs­si­sə­ və təşkilatları Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin Fər­man və sə­rən­cam­la­rı, eləcə də öl­kə iq­ti­sa­diy­ya­tı­nın, in­cə­sə­nət və mə­də­niy­yə­ti­nin, Azər­bay­ca­nın ədə­biy­ya­tı, ta­ri­xi və di­li­nin araş­dı­rıl­ma­sı­na, qo­ru­nub sax­la­nıl­ma­sı­na xid­mət edən, so­si­al mə­sə­lə­lə­ri əha­tə edən 11 döv­lət proq­ra­mı­nın ic­ra­sın­da iş­ti­rak edib­lər.

Akademik Arif Həşimov bildirib ki, 2024-cü ildə ölkə üzrə əldə edilmiş mühüm elmi nəticələr respublikanın bütün elm və ali təhsil müəssisələrindən toplanılıb, müvafiq bölmələrdə müzakirə edilib və AMEA-nın Ümumi yığıncağında müzakirə edilmək üçün sistemləşdirilərək hazırlanıb. Hesabat ilində Azərbaycan Milli Elmlər Akademiyasının elmi bölmələri üzrə elmi müəssisələrdə 197 problemin 514 mövzusu əsasında 1787 elmi-tədqiqat işi aparılıb.

2024-cü il­də el­mi mü­əs­si­sə­lər­də ça­lı­şan alim­lər tə­rə­fin­dən 521 ki­tab və mo­noq­ra­fi­ya, 118 dərs­lik, 3561-i xa­ric­də (bun­lar­dan 1192-si Web of Sci­en­ce və Sco­pus ba­za­la­rı­na da­xil olan im­pakt fak­tor­lu jur­nal­lar­da) ol­maq­la 9245 mə­qa­lə və te­zis nəşr et­di­ril­ib. El­mi iş­çi­lə­rin əsər­lə­ri­nə 45507 is­ti­nad olun­ub.

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini və bu istiqamətdə AMEA tərəfindən genişmiqyaslı tədbirlərin həyata keçirildiyini deyən akademik A.Həşimov Akademiyanın elmi bölmələri, elmi müəssisələri və təşkilatları tərəfindən ümumilikdə 71 tədbirin təşkil olunduğunu, 30 kitab, 32 məqalənin hazırlandığını söyləyib.

Həmçinin qeyd edib ki, 11 gün ər­zin­də Bakıda ke­çi­ri­lən BMT-nin İq­lim Də­yi­şik­lik­lə­ri üz­rə Çər­çi­və Kon­ven­si­ya­sı­nın Tə­rəf­lər Konf­ran­sı­nın 29-cu ses­si­ya­sında (COP29) AMEA-nın pre­zi­den­ti, Rə­ya­sət He­yə­ti­nin üzv­lə­ri, el­mi mü­əs­si­sə və təş­ki­lat­la­rın rəh­bər­lə­ri, mü­tə­xəs­sis­lə­ri həm yer­li, həm də bey­nəl­xalq sə­viy­yə­li ic­las­lar­da mə­ru­zə­lər­lə çı­xış­lar edib, mü­va­fiq mə­qa­lə­lər dərc et­dir­ib, res­pub­li­ka­nın küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­rin­də mü­za­ki­rə­lər­də, də­yir­mi ma­sa­lar­da, döv­lət tə­rə­fin­dən hə­ya­ta ke­çi­ri­lən təd­bir­lər­də iş­ti­rak ediblər. AMEA-nın Rə­ya­sət He­yə­tin­də COP29-un ye­kun­la­rı­na həsr olun­muş ic­las ke­çi­ril­ib, ic­las­da mü­va­fiq qə­rar­lar qə­bul olunub.

Akademik Arif Həşimov, o cümlədən ya­şıl ener­ji zo­na­sı elan olu­nan iş­ğal­dan azad edil­miş Qa­ra­bağ və Şər­qi Zən­gə­zur, elə­cə də Nax­çı­van Mux­tar Res­pub­li­ka­sın­da alim­lə­ri­miz tə­rə­fin­dən müx­tə­lif təd­qi­qat­ların apa­rıl­dığını, döv­lə­ti­mi­zin qu­ru­cu­luq iş­lə­ri­nə öz töh­fə­lə­ri­ni ver­diklərini bildirib.

2024-cü il­də AMEA-nın el­mi mü­əs­si­sə və təş­ki­lat­la­rı­nın möv­cud struk­tu­ru­nun el­min ye­ni prio­ri­tet­lə­ri, öl­kə­nin so­si­al-mə­də­ni və ideo­lo­ji tə­ləb­lə­ri ilə uy­ğun­lu­ğu ge­niş təh­lil olun­ub, məş­ğul ol­du­ğu el­mi prob­le­min ak­tu­al və ef­fek­tiv ol­ma­dı­ğı mü­əy­yən edi­lən bir sı­ra şö­bə­lər ləğv edil­ib, da­xi­li im­kan­lar he­sa­bı­na müa­sir döv­rün tə­ləb­lə­ri ba­xı­mın­dan el­mi və el­mi-təş­ki­la­ti, xü­su­sən tex­no­lo­ji ak­tu­al­lıq kəsb edən çox­say­lı ye­ni şö­bə­lər ya­ra­dıl­ıb, bir-bi­ri ilə tək­rar­çı­lıq təş­kil edən şö­bə­lər bir­ləş­di­ril­ib və ya pro­fil­lə­ri əsas­lı ola­raq də­yiş­di­rilib. 

He­sa­bat ilin­də Azər­bay­can xal­qı­nın el­mi və ic­ti­mai fi­kir ta­ri­xin­də, ümu­mən so­si­al-mə­də­ni tə­rəq­qi­sin­də mü­hüm ha­di­sə ol­muş, öl­kə­mi­zin in­ki­şa­fın­da əhə­miy­yət­li rol oy­na­mış Azər­bay­can Mil­li Elm­lər Aka­de­mi­ya­sı­nın ya­ra­dıl­ma­sı­nın 80 il­lik yu­bi­le­yi ilə əla­qə­dar ola­raq AMEA Rə­ya­sət He­yə­ti tə­rə­fin­dən mü­va­fiq qə­rar qə­bul edil­ib.

Həmçinin aka­de­mik İsa Hə­bib­bəy­li­nin ide­ya mü­əl­li­fi ol­du­ğu Azər­bay­can Mil­li Elm­lər Aka­de­mi­ya­sı­nın ye­ni lo­qo­ti­pi (emb­lem) də təs­diq edilib, lo­qo­ti­p döv­lət qey­diyyatı­na alın­ıb, Azər­bay­can Res­pub­li­ka­sı­nın Əq­li Mül­kiy­yət Agent­li­yi tərə­fin­­dən Şə­ha­dət­na­mə ve­ril­ib.

He­sa­bat ilin­də Azər­bay­can Mil­li Elm­lər Aka­de­mi­ya­sı­nın bey­nəl­xalq el­mi təş­ki­lat­lar çər­çi­və­sin­də fəa­liy­yə­ti ge­niş­lən­di­rilib. AMEA da­ha bir nü­fuz­lu təş­ki­la­ta – 150-dən çox elm­lər aka­de­mi­ya­la­rı­nı özün­də bir­ləş­di­rən Aka­de­mi­ya­la­ra­ra­sı Tə­rəf­daş­lıq Təş­ki­la­tı­nın (IAP) üzv­lü­yü­nə qə­bul edil­ib, təş­ki­lat­la əmək­daş­lıq is­ti­qa­mə­tin­də əmə­li ad­dım­lar atıl­ıb.

Hesabat ilinin mühüm hadisələrindən biri də Nobel mükafatı laureatı, AMEA-nın fəxri üzvü, ABŞ-nin Şimali Karolina Universitetinin professoru Əziz Səncərin AMEA-ya səfəri olub. 30 may - 6 iyun 2024-cü il ta­rix­lə­rin­də Əziz Sən­cə­rin AMEA-ya sə­fə­ri təşkil olunub, AMEA-nın el­mi mü­əs­si­sə­lə­ri və res­pub­li­ka­mı­zın ali mək­təb­lə­rin­də gö­rüş­lə­r keçirilib. Əziz Sən­cə­rin iştirakı ilə AMEA-nın Ümu­mi yı­ğın­ca­ğı­nın xü­su­si ic­la­sı­ ke­çi­ril­ərək ona AMEA-nın fəx­ri üz­vü dip­lo­mu­ və və­si­qə­si­ təq­dim olun­ub.

Bundan əlavə, “Azər­­bay­­can Res­­pub­­li­­ka­­sı­­nın 2022-2026-cı il­­lər­­də so­­si­­al-iq­­ti­­sa­­di in­­ki­­şaf Stra­­te­­gi­­ya­­sı”nın Təd­bir­lər Pla­nın­da nə­zər­də tu­tu­lan təd­bir­lər üz­rə görülən işlərə dair hesabatlar aidiyyəti döv­­lət or­­qan­­la­­rına göndərilmişdir.

Akademik Arif Həşimov qeyd edib ki, hesabat ilində Azər­bay­can Mil­li Elm­lər Aka­de­mi­ya­sın­da Qa­ra­ba­ğın ta­ri­xi, ar­xeo­lo­gi­ya­sı, mad­di-mədə­ni mə­də­niy­yə­ti, ədə­bi hə­ya­tı­nın öy­rə­nil­mə­si, ey­ni za­man­da Və­tən mü­ha­ri­bə­si möv­zu­sun­da, həmçinin “Azər­bay­can 2030: so­si­al-iq­ti­sa­di in­ki­şa­fa da­ir Mil­li Prio­ri­tet­lər”in beş Mil­li Prio­ri­te­tin­dən bi­ri ki­mi mü­əy­yən olun­muş “İş­ğal­dan azad olun­muş əra­zi­lə­rə Bö­yük Qa­yı­dış”a, “Azər­bay­can Res­pub­li­ka­sı­nın iş­ğal­dan azad edil­miş əra­zi­lərinə Bö­yük Qa­yı­dı­şa da­ir I Döv­lət Proq­ra­mı”nın Təd­bir­lər Pla­nı­na və “Şu­­şa şə­­hə­­ri­­nin 2024-cü il üçün “İs­­lam dün­­ya­­sı­­nın mə­­də­­niy­­yət pay­­tax­­tı” elan edil­­mə­­sindər irəli gələrək ha­zır­lan­mış el­mi mü­əs­si­sə­lə­rin təd­qi­qat plan­la­rı­na uy­ğun ola­raq araşdırmalar aparılıb.

Hesabat ilində AMEA-da həyata keçirilən elmi və elmi-təşkilati fəaliyyətin mühüm istiqamətlərindən biri də Qərbi Azərbaycanla bağlı tədbirlər olub. Qər­bi Azər­bay­ca­nın azər­bay­can­lı əha­li­si­nin və Qa­ra­ba­ğın qey­ri-mad­di mə­də­ni ir­si­nin sis­tem­ləş­di­ril­mə­si, nəş­ri, təd­qi­qi və təb­li­ği is­ti­qa­mə­tin­də fəa­liy­yə­tin güc­lən­di­ril­mə­si məqsədilə Qər­­­bi Azər­­­bay­­­can­­ təd­qi­qat­la­rı ilə bağ­­lı AMEA-nın Ab­bas­qu­lu Ağa Bakıxanov adı­na Ta­rix və Etnologiya İns­ti­tu­tun­da Qər­bi Azər­bay­can ta­ri­xi şö­bə­si, AMEA-nın Folk­lor İns­ti­tu­tu­nda Qər­bi Azər­bay­can folk­lo­ru şö­bə­si və AMEA-nın Nə­si­mi adı­na Dil­çi­lik İnstitu­tu­nda To­po­ni­mi­ka şö­bə­si fəaliyyət göstərir.

Akademik Arif Həşimov, həmçinin vurğulayıb ki, AMEA tə­rə­fin­dən Tür­ki­yə­nin müx­tə­lif təş­ki­lat­la­rı ilə əla­qə­lər in­ki­şaf et­di­ril­miş­, TÜBİTAK ilə əmək­daş­lıq is­ti­qa­mə­tin­də ye­ni mər­hə­lə baş­lan­mış­dır. AMEA və TÜBİTAK arasında 28 fevral 2024-cü il tarixində qarşılıqlı əməkdaşlıq haqqında imzalanmış müqavilə Akademiyada elektron xidmətlər sahəsində daha mühüm nəticələrin əldə olunmasına təkan verən əhəmiyyətli hadisələrdən biridir.

“Hesabat ilində AMEA-nın “Elektron Akademiya” şöbəsi tərəfindən Akademiyanın döv­ri el­mi jur­nal­la­rı­nın nü­fuz­lu bey­nəl­xalq elm­met­rik elekt­ron ba­za re­yestr­lə­ri­nə da­xil olun­ma­sı­nı dəs­tək­lə­mək məq­sə­di­lə on­la­rın sayt­la­rı­nın bu ba­za­la­rın tə­ləb­lə­ri­nə uy­ğun ya­ra­dıl­ma­sı və is­ti­fa­də­si­nin tə­min olun­ma­sı istiqamətində işlər davam etdirilib. 2024-cü il­də AMEA Dər­gi Par­kı­na da­xil olan 3 jur­nal – “Azər­bay­can Ri­ya­ziy­yat Jur­na­lı”, “Mü­qa­yi­sə­li ədə­biy­yat­şü­nas­lıq” və “Azər­bay­can əra­zi­sin­də seys­mop­roq­noz mü­şa­hi­də­lə­ri” jur­nal­la­rı Tür­ki­yə­nin TÜ­Bİ­TAK ULAK­BİM Der­gi­Par­kı­nın elmi jurnallar şəbəkəsinə da­xil edil­ib. Bundan başqa, 2024-cü il ər­zin­də AMEA-nın 27 el­mi jur­na­lı­nın, 53 nöm­rə­sin­də dərc olun­muş 1120 mə­qa­lə və 26 konf­rans ma­te­ria­lı DOI iden­ti­fi­ka­to­ru ilə tə­min olunub. Ye­ni­lə­şən Aka­de­mi­ya­da bü­tün sa­hə­lər­də ol­du­ğu ki­mi, “Vi­ki­pe­di­ya” qrup­la­rı­nın da fəa­liy­yə­ti­nin can­lan­dı­rıl­ma­sı məq­sə­di­lə AMEA-nın el­mi mü­əs­si­sə­lə­rin­də “Vi­ki­pe­di­ya” qrup­la­rı ya­ra­dıl­araq tə­lim­lə­r ke­çi­rilib. Ümumilikdə 2024-cü ildə AMEA əməkdaşları tərəfindən “Vi­ki­pe­di­ya”da 2200-dən artıq yeni məqalə yerləşdirilib, 1500 məqalə əsaslı redaktə olunub”, - deyə akademik Arif Həşimov diqqətə çatdırıb.

Məruzədə, o cümlədən vurğulanıb ki, 2024-cü il­­­də AMEA-nın bey­­­­­­nəl­­­­­­xalq el­­­­­­mi əla­­­­­­qə­­­­­­lə­­­­­ri­­­­nin in­­­­ki­­­­şaf et­­­­di­­­­ril­­­­mə­­­­si is­­­­ti­­­­qa­­­­mə­­­­tin­­­­də də mü­­­­hüm iş­­­­lər gö­­­­rül­­­­bü, bir sı­­­­­ra xa­­­­­­ri­­­­­ci öl­­­­­kə­­­­­nin el­­­­­­mi mü­­­­əs­­­­si­­­­sə­­­­­lə­­­­­ri ilə əmək­­­­­­daş­­­­­­lıq pers­­­­pek­­­­tiv­­­­lə­­­­ri mü­­­­za­­­­ki­­­­rə edil­­­­ib, əc­­­­­nə­­­­­bi alim­­­­­­lə­r, ic­­­­­ti­­­­­mai-si­­­­­ya­­­­­si və mə­­­­­də­­­­­niy­­­­­yət xa­­­­­dim­­­­­lə­­­­­ri, bey­­­­­nəl­­­­­xalq elmi təşkilatların nü­­­­ma­­­­­yən­­­­­də­­­­­lə­­­­­ri AMEA-­nın qo­­­­­­na­­­­­ğı ol­­­­­­ublar. Tür­ki­yə, Çin Xalq Respublikası, Rusiya, Almaniya, Öz­bə­kis­tan, Qazaxıstan, Pa­kis­tan, İraq, Mi­sir, Gür­cüs­tan, Qır­ğı­zıs­ta­n, Bol­qa­rıs­ta­nın el­mi qurum­la­rı ilə əmək­daş­lı­ğa xüsusi diq­qət ay­rıl­ıb.

Akademik çıxışının sonunda qeyd edib ki, bü­töv­lük­də Azər­bay­can Mil­li Elm­lər Aka­de­mi­ya­sı­nın el­mi mü­əs­si­sə­lə­rin­də və əhatə etdiyi elmi istiqamətlər üzrə res­pub­li­ka­nın di­gər elm və ali təh­sil mü­əs­si­sə­lə­rin­də 2024-cü il­də apa­rıl­mış təd­qi­qat­la­rı və əl­də edil­miş mü­hüm el­mi nə­ti­cə­lə­ri yük­sək qiy­mət­lən­dir­mək olar.

Daha sonra məruzə ətrafında çıxışlar dinlənilib.

Elm