Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın məşqlərinə başlanılıb

post-img

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın məşqlərinə başlanılıb.

Teatrdan verilən məlumata görə, böyük dramaturq Cəfər Cabbarlının “Solğun çiçəklər” pyesi əsasında müasir səhnə variantında hazırlanan tamaşanın quruluşçu rejissoru Səbinə Məmmədzadədir.

“Artstudiya”da məşqləri başlanan səhnə əsərinin bədii rəhbəri Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamları Elmira Üzeyirova, Təhminə Sadıqova, bəstəkarı Emil Elmanoğludur.

Tamaşada Əməkdar artist Leyli Vəliyeva, aktyorlar Ədalət Əbdülsəməd, Aygün Fətullayeva və Ümman Budaqov iştirak edirlər.

Cəfər Cabbarlının “Solğun çiçəklər” əsəri Saranın əmisi oğluna olan saf məhəbbətindən və Saranın analığı Gülnisənin, bacısı Saranın ona qarşı amansızlığından, ögey münasibətindən bəhs edir. Şəxsi maraqları naminə əmisioğlu Bəhram tərəfindən atılan Saranın gələcəyə dair ən gözəl ümidləri də puça çıxır.

Mədəniyyət