Sinqapur Milli Universitetinin alimləri qrupu DNT markerləri ilə etiketlənmiş qızıl nanohissəciklərdən istifadə etməklə xərçəngin müalicəsinin dəqiqliyini artırmaq üçün yeni üsul hazırlayıb. Tədqiqat Advanced Functional Materials (AFM) elmi jurnalında dərc olunub.
Komanda hər bir nanohissəcikləri bədəndə izləməyə imkan verən unikal DNT ardıcıllığı ilə etiketləyib. Etiketlər tiol-funksionalizasiya prosesindən istifadə edərək sabitlənib.
Daha sonra elm adamları altı müxtəlif formalı və ölçülü nanohissəcikləri sınaqdan keçiriblər. Məlum olub ki, üçbucaq formalı fraqmentlər həm laboratoriya sınaqlarında, həm də canlı orqanizmlərə daxil edildikdə əla nəticə verib.
Tədqiqatçıların işi bioloji sistemlərdə nanohissəciklərin qarşılıqlı təsirinə işıq salıb. Tədqiqatçılar qeyd ediblər ki, bu məlumatlar formanı dəyişdirən nanohissəciklərin və ya dərman çatdırılmasının müxtəlif mərhələlərini optimallaşdırmaq üçün xüsusi olaraq hazırlanmış ara strukturların inkişafı üçün təlimat verə bilər.
"Biz xərçəngin müalicəsində əsas problemi həll etdik - dərmanların xüsusi olaraq xərçəng toxumasına daha effektiv şəkildə çatdırılması yolunu tapdıq", - tədqiqatın rəhbəri dosent Endi Tay bildirib.
S.ELAY
XQ