Azərbaycan Qazaxıstan Yazıçılar Birliyinin yubiley toplantısında təmsil olunub

post-img

Almatıda Qazaxıstan Yazıçılar Birliyinin 90 illik yubileyi şərəfinə təntənəli yığıncaq keçirilib.

Bu barədə AZƏRTAC Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir.

Bayram tədbirində Azərbaycan, Türkiyə, Rusiya, Çin, Özbəkistan, Qırğızıstan, digər yaxın və uzaq ölkələrdən, eləcə də Qazaxıstanın bütün bölgələrindən yazıçılar, ictimai birliklərin nümayəndələri iştirak ediblər.

Azərbaycan nümayəndə heyətini Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev və Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid təmsil ediblər.

Qazaxıstan Yazıçılar Birliyinin tarixi 1934-cü il iyunun 12-18-də keçirilmiş Qazaxıstan Yazıçılarının I Qurultayından başlayır.

Qazaxıstan Yazıçılar Birliyi bu gün 1015 qazax yazıçı və şairini birləşdirən ölkənin ən böyük yaradıcılıq birliklərindəndir. Onun himayəsi ilə “Қазақ әдебиеті” qəzeti, “Жұлдыз”, “Prostor” və “Жалын” jurnalları nəşr olunur.

 

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana 





Elm