Din və maarif xadimi Şeyx Məhəmməd Rasizadə haqqında monoqrafiya çapdan çıxıb

post-img

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb. “Sənətkarın elmi pasportu - 47” seriyasına daxil olan tədqiqat Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə nəşr edilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli monoqrafiyaya “Cavidlər irsinin müəllim oğlu” sərlövhəli “Ön söz” yazıb. Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor İslam Qəribli, rəyçisi filologiya elmləri doktoru Şahbaz Musayevdir.

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə ithaf olunan kitabda din və maarif xadimi Şeyx Məhəmməd Rasizadənin həyatı, elmi, ədəbi, pedaqoji və publisistik fəaliyyəti araşdırılıb.

On fəsildən ibarət olan tədqiqat əsərində “Mətbuatdan və arxivlərdən tapılan məqalə və şeirlər”, “Ədəbiyyat”, “Fotoalbom” bölümləri də yer alıb.

Elm