BDU-nun komandası “Enactus” Azərbaycan Milli Yarışmasında III yeri tutub

post-img

Avqustun 16-da “Enactus” Azərbaycan Milli Yarışmasının final mərhələsi keçirilib.

Bakı Dövlət Universitetinin (BDU) “Enactus” komandası yarışda “AgroX" layihəsi ilə çıxış edib.

BDU-dan bildirilib ki, ikinci liqada yarışan komanda yüksək bal toplayaraq final mərhələsində III yeri tutub. Yarışmada 24 komanda iştirak edib və 3 komanda final mərhələsində yüksək nəticə göstərib.

Qeyd edək ki, “Enactus” beynəlxalq proqramının əsası 1975-ci ildə ABŞ universitetləri tərəfindən qoyulub. “Enactus” ümumdünya şəbəkəsi universitet tələbələri, akademik professionallar və biznes liderlərindən ibarətdir.

Elm