Sentyabrın 30-da Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun təşkilatçılığı ilə Şuşa şəhərində “Qarabağ ekosistemlərinə antropogen faktorların və iqlim dəyişikliklərin təsiri” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
İnstitutdan bildirilib ki, konfrans BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr edilib. Konfransın keçirilməsində əsas məqsəd iqlim dəyişmələri, onların ətraf mühitə təsiri məsələlərini biologiya sahəsində çalışan alim və mütəxəssislərlə müzakirə etmək, beynəlxalq təcrübəni bölüşməkdir.
Beynəlxalq konfransa göndərilən məqalələrin tam mətninin həcmi 5 səhifəni keçməməlidir. Tezis və məqalələr avqustun 16-dan sentyabrın 25-dək qəbul ediləcək.
Tezislər [email protected] ünvanına göndərilməlidir.
Tel.: (+994 51) 329 01 00; (+994 77) 300 31 73