Şimali Qafqaz Federal Universitetinin rektoru ATMU-nun qonağı olub

post-img

Rusiya Federasiyasının Stavropol şəhərində fəaliyyət göstərən Şimali Qafqaz Federal Universitetinin rektoru Dmitri Bespalov və beynəlxalq əlaqələr üzrə prorektor Albert Kumukov Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) olub. 

ATMU-nun rektoru İlham Mədətov qonaqları salamlayıb və onlara ATMU-da tədris prosesinin təşkili, mövcud fakultə və ixtisaslar, universitet çərçivəsində beynəlxalq əlaqələrin inkişaf dinamikası haqqında məlumat verib. 

Görüşdə  Azərbaycan Respublikası ilə Rusiya Fedarasiyası arasındakı sarsılmaz əlaqələrin gündən-günə daha da  möhkəmlənməsinin əhəmiyyətindən danışılıb. Çoxşaxəli əlaqələr sferasında  təhsillə bağlı əməkdaşlığın önəmli olduğunu bildirən İ.Mədətov görüş çərçivəsində ATMU və Şimali Qafqaz Federal Universiteti arasında icrası nəzərdə tutulan təhsil məsələlərinin qarşılıqlı müzakirəsindən məmnun qaldığını deyib. 

Şimali Qafqaz Federal universitetinin rektoru Dmitri Bespalov da çıxış edərək adıkeçən universitet haqqında ətraflı məlumat verib və ATMU ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. 

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və Şimali Qafqaz Universitetinin rəhbər şəxslərinin iştirakı ilə keçirilən  işgüzar görüş onu deməyə əsas verir ki,  ATMU ali müəssisəsi kimi beynəlxalq əlaqələrin genişləndirilməsində  maraqlıdır. 

 

Z.HÜSEYNOVA

XQ





Elm