Türksat 6A peykindən ilk siqnal alınıb

post-img

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Türksat 6A peykindən ilk siqnalın uğurla qəbul edildiyini bildirib. Məlumatı “Anadolu” verib. 

“Planlaşdırıldığı kimi, 67-ci dəqiqədə peykimizdən ilk siqnalı uğurla aldıq”, - nazir sosial şəbəkədə yazıb.

Peykdən ilk siqnalın alınması o deməkdir ki, peykin buraxılması və raketdən ayrılması uğurla başa çatıb.

Türkiyə vaxtı ilə saat 02.30-da Türkiyənin rabitə peyki Türksat 6A Florida ştatındakı Canaveral burnunda yerləşən ABŞ Hərbi Hava Qüvvələri stansiyasından orbitə buraxılıb.

Türk mühəndisləri tərəfindən hazırlanmış ilk yerli peyk olan Türksat 6A Türkiyə vaxtı ilə saat 02.30-da Space X Falcon 9 raketi ilə Launch Complex 40-dan kosmosa buraxılıb.

 

P.ƏMİRCANOV

XQ

Dünya