Dünya şöhrətli alim AMEA-da elektron xidmətlər sahəsində görülmüş işlərlə tanış olub

post-img

Nobel mükafatı laureatı, AMEA-nın fəxri üzvü, ABŞ-ın Şimali Karolina Universitetinin Biokimya və biofizika fakültəsinin professoru, dünyaşöhrətli alim Əziz Səncər AMEA-nın Rəyasət Heyəti aparatının Elektron akademiya şöbəsinin əməkdaşları ilə görüşüb.

AMEA-dan XQ-ə bildirilib ki, görüşdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli akademiyada gedən yeniləşmə prosesi, elektron xidmətlər, süni intellekt və rəqəmsal texnologiya sahəsində görülən işləri, dünya təcrübəsinin öyrənilməsi istiqamətində atılan addımları diqqətə çatdırıb.

Daha sonra AMEA-nın Rəyasət Heyəti aparatının Elektron akademiya şöbəsinin müdiri dosent Fariz İmranov rəhbərlik etdiyi şöbənin fəaliyyətinə dair məlumatları təqdim edib. AMEA-da nəşr olunan jurnalların elektron səhifələrinin hazırlanması, jurnalların beynəlxalq elmi bazalara daxil edilməsi, “Google Scholar” və digər akademik elmi platformalarda görülən işlər, akademiyanın elmi müəssisə və təşkilatlarında yaradılmış “Vikipediya” qruplarının fəaliyyətindən danışıb. Həmçinin Elektron akademiya şöbəsinin əməkdaşı Anar Nəbiyevin hazırladığı “Humanoid SUFİ” (sözlərin universal funksionallıqla işlənilməsi) robotu haqqında məlumat verilib.









Elm