"XX əsr Azərbaycan ədəbiyyatı məsələləri”nin VI kitabı nəşr olunub

post-img

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “XX əsr Azərbaycan ədəbiyyatı məsələləri”nin VI kitabı nəşr edilib.

İnstitutun Elmi Şurasının 8 dekabr 2022-ci il tarixli iclasının qərarı ilə çap edilən kitab Mehdi Hüseyn və tarixi ədəbi prosesə həsr olunub.

İşin layihə rəhbəri və elmi redaktoru filologiya elmləri doktoru, professor Şirindil Alışanlıdır. Rəyçiləri filologiya elmləri doktoru Rəhim Əliyev və filologiya üzrə fəlsəfə doktoru, dosent Aslan Salmansoydur.

“Elm” nəşriyyatında işıq üzü görən kitab 460 səhifədən ibarətdir. XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsində tərtib edilən kitaba Xalq yazıçısı Mehdi Hüseynin şəcərəsi, tərcümeyi-halı və yaradıcılıq yolunu əhatə edən, müasir demokratik elmi meyarlar mövqeyindən yazılmış tədqiqat işləri daxildir.

 

Anar Əli,

XQ

Elm