Yevlax rayonunda vətəndaşlar odlu silahları polisə təhvil veriblər

post-img

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçiridkləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib. 

Bu barədə XQ-yə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Qeyd olunub ki, növbəti tədbir zamanı polis əməkdaşları tərəfindən daha 3 odlu silah təhvil götürülüb. Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Son xəbərlər