Cəbi Bəhramovun Xəzər neftinin tarixinə dair məqaləsi İtaliyada nəşr olunub

post-img

Azərbaycanlı alimin ermənilərin cinayətkar əməllərini ifşa edən məqaləsi İtaliyada nüfuzlu jurnalda dərc olunub

AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramovun Xəzər neftinin tarixinə dair 23 səhifəlik “XX əsrin ikinci yarısında Azərbaycanın Xəzər nefti tarixinin gözlənilməz səhifələri (1950-1994-cü illər)” adlı məqaləsi İtaliyanın nüfuzlu “Rivista Di Studi Politici Internazionali” (RSPI) jurnalında dərc olunub.

Qeyd edək ki, beynəlxalq siyasi tədqiqatlar jurnalı olan RSPI İtaliyada 1935-ci ildən nəşr olunur. Jurnal bütün Avropada yayımlanır və siyasi xadimlər və diplomatik nümayəndələr tərəfindən mütəmadi oxunur.

“Rivista Di Studi Politici Internazionali” dünyanın nüfuzlu kitabxanaları və məlumat bazalarındandan olan "Ebsco Political Science Complete" və "JSTOR"da yer alıb. Bundan başqa, jurnal universitetlərin və tədqiqatların qiymətləndirilməsi üzrə milli agentlik tərəfindən (ANVUR) 14 elm sahəsini əhatə edən elmi jurnal statusu alıb.

Cəbi Bəhramovun məqaləsi Azərbaycan dəniz neftçıxarma sənayesinin yaranma tarixinə həsr olunub və bu, “Əsrin müqaviləsi” də daxil olmaqla XX əsrin ikinci yarısını əhatə edir. 

Məqalədə Azərbaycan dəniz neft sənayesinin yaradılması zamanı yaranmış problemlər, onun həyata keçirilməsinin qarşısının alınması məqsədilə SSRİ hökümətində kök salmış düşmənlərimizin atdığı addımlar, Nobel qardaşları ailəsinə yaxın olan Auqust Qermanoviç Helkerstin cinayətkar fəaliyyəti, onun ermənilərlə birgə gördüyü işlər, eləcə də onların Azərbaycan SSRİ neft sənayesini ləğv etmək istiqamətində göstərdikləri təşəbbüslərdən bəhs olunur. 

Bunula yanaşı, XX əsrin 70-80-ci illərində Azərbaycan dəniz neftçıxarma sənaye sahəsinin inkişafı istiqamətində Ulu Öndər Heydər Əliyevin qəbul etdiyi qərarlar, sovet imperiyasının süqutundan sonra Qərb ölkələrinin Azərbaycan Xəzər neftinə göstərdikləri maraq, Rusiya Federasiyasının təcavüzkar dairələrinin ermənilərdən istifadə edərək Azərbaycan xalqının öz təbii sərvəti olan neftdən istifadə etməsinə yol verməmək məqsədilə keçmiş Dağlıq Qarabağ münaqişəsini ortaya çıxarmaları, Azərbaycan torpaqlarının işğalına rəvac vermələri, açıq şəkildə Azərbaycan Respublikası rəhbərliyinə hədə-qorxu gəlmələri, o cümlədən müvafiq qərarların qəbul edilməsi faktiki sənədlər əsasında məqalədə geniş şəkildə təqdim olunub. 

Bunlara baxmayaraq, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış Milli Neft Strategiyasının həyata keçirilməsi və bütün maneələrin dəf edilməsi məsələləri də məqalədə öz əksini tapıb.

 

Elm