Azərbaycanlı gənclər Türkiyədə Kosmos Tədqiqatçıları Akademiyasında iştirak ediblər

post-img

Türkiyənin Bursa şəhərində yerləşən Gökmən Kosmos və Aviasiya Tədris Mərkəzində (GUHEM) Türk Dövlətləri Təşkilatının (TDT) Kosmos Tədqiqatçıları Akademiyası təşkil olunub.

Akademiyada Türk Dövlətləri Təşkilatına üzv olan və müşahidəçi dövlətlərdən 80-dən çox tələbə iştirak edib. İştirakçılar arasında ölkəmizi təmsil edən gənclərə müşahidə astronomiyası, kosmik elm, astrofizika və günəş sistemi kimi müxtəlif mövzularda təlimlər keçirilib.

Türkiyə Kosmik Agentliyinin ev sahibliyi etdiyi proqramın məqsədi türk gəncləri arasında kosmos sahəsində məlumatlılığı artırmaq və gələcəyin kosmos liderlərinin yetişdirilməsinə yol açmaq, həmçinin iştirakçılar arasında həmrəylik və dostluğu gücləndirməkdir.

İqtisadiyyat