Azərbaycanlı akademikin “Xalq qəzeti” TV-yə müsahibəsi Yaponiya mətbuatında dərc olunub

post-img

AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyevin bu yaxınlarda “Xalq qəzeti” internet televiziyasına süni intellektlə bağlı verdiyi müsahibə geniş beynəlxalq reaksiya doğurub. Artıq həmin müsahibə tərcümə olunaraq Yaponiyada fəaliyyət göstərən ajmedia.jp xəbər portalında dərc olunub. 

Qeyd edək ki, görkəmli alim müsahibədə süni intellektin yaranma tarixi, inkişaf mərhələləri və müasir vəziyyəti, Azərbaycanda bu istiqamətdə aparılan tədqiqatlar, həyata keçirilən dövlət siyasəti, eləcə də, onun bəşəriyyətə verəcəyi faydalar, inkişaf perspektivləri ilə bağlı ətraflı söhbət açıb. 

Müsahibənin mətni ilə bu link vasitəsilə tanış olmaq mümkündür: en.ajmedia.jp

Anar TURAN,
“Xalq qəzeti”

Elm