Təl-Əvivdə etiraz aksiyaları davam edir

post-img

İsrailin paytaxtı Təl-Əvivdə Baş nazir Binyamin Netanyahu hökumətinin qəbul etdiyi məhkəm islahatları əleyhinə etiraz aksiyaları davam edib. Məlumatı “Anadolu” verib. 

Paytaxt Təl-Əvivin ən sıx yerlərindən olan Rotşild küçəsində minlərlə israilli bayraqlar, qərar əleyhinə plakatlar qaldırıb, təbil və fitlər çalaraq toplaşıb.

Aksiyaçılar buradan Netanyahu hökumətinə qarşı etirazlarda simvola çevrilən Kaplan küçəsinə doğru irəliləyiblər. Yürüş zamanı bəzi nümayişçilər əllərindəki rəngli məşəlləri rayon ərazisində Müdafiə Nazirliyinə doğru atıblar.

İsrail polisi yürüş boyu sıx təhlükəsizlik tədbirləri görüb.

Nümayişçilər Təl-Əvivin mərkəz yolu olan Ayalon şossesinə keçmək istəyən zaman polis onlara mane olub. Bəzi yerlərdə polislə nümayişçilər arasında toqquşma baş verib.

İsrailin Baş naziri Binyamin Netanyahu isə "ABC News" telekanalına verdiyi müsahibədə ölkəsində kütləvi etirazlara səbəb olan məhkəmə islahatlarına “kiçik bir düzəliş” olduğunu və bu qaydaların İsrail demokratiyasını gücləndirəcəyini irəli sürüb.

Anar ƏLİ,
“Xalq qəzeti”

Dünya