Ukrayna ordusu Staromayorsk kəndini azad edib

post-img

Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri Donetsk vilayətinin Volnovaxa rayonunun Staromayorsk kəndini Rusiya ordusundan azad edib.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski etdiyi paylaşımda bildirib.

Dövlət başçısı Ukrayna Silahlı Qüvvələri döyüşçülərinin ölkənin cənubundakı Staromayorsku azad etdiyini əks etdirən video yayımlayıb.

Videoda öz ölkələrinin bayrağını daşıyan ukraynalı əsgərlərin “35-ci briqada və Arey batalyonu üzərinə düşən vəzifəni yerinə yetirərək Staromayorsk kəndini xilas etdi” dedikləri görünür.

Anar ƏLİ,
“Xalq qəzeti”

Dünya