Dəməşqdə motosikletin partladılması nəticəsində ölənlər var

post-img

Suriyanın paytaxtı Dəməşqin cənubunda bomba yerləşdirilmiş motosikletin partladılması nəticəsində 6 nəfər ölüb, daha 23 nəfər yaralanıb.

Dəməşq rəhbərliyinin rəsmi xəbər agentliyi olan SANA-nın Daxili İşlər Nazirliyinə istinadla verdiyi xəbərə görə, iyulun 27-də axşam saatlarında Dəməşqin Seyyid Zeynəb bölgəsində motosikletə yerləşdirilən bomba partladılıb.

Partlayış nəticəsində 6 nəfərin öldüyü, 23 nəfərin yaralandığı bildirilib.

Hələlik heç kim partlayışa görə məsuliyyəti üzərinə götürməyib.

Anar ƏLİ,
“Xalq qəzeti”

Dünya