Heydər Əliyevin 100 illiyi çərçivəsində idmançılarımızla gənclərin görüşü

post-img

"Ulu Öndər Heydər Əliyevin 100 illiyi" çərçivəsində idmançılarımızla gənclərin görüşü oldu. Görüşdə Amerikanın azərbaycanlı çempionu, Amerika-Azərbaycan Gənclər və İdman assosiasiyasının sədri Elgün Xanoğlanlı, Budo döyüş növləri üzrə dünya çempionu peşəkar MMA döyüşçüsü Ruslan Tağıyev, Suraxanı Gənclər Evinin işçi kollektivi, fəal gənclər, könüllülər və idmançılar iştirak edirdilər.

“Xalq qəzeti” xəbər verir ki, görüş zamanı ölkəmizdə bədən tərbiyəsi və idman siyasətinin, habelə gənclərlə bağlı aparılan işlərin daim diqqət mərkəzində olmasından, bu sahədə Gənclər və İdman Nazirliyinin fəaliyyətindən danışıldı. 

Daha sonra idmançılar dövlətimizin, ölkə başçımızın, eləcə də gənclər və idman nazirinin idmançılarımıza diqqət və qayğısından söz açdılar, eyni zamanda gənclərin suallarına cavab verdilər, onları idmanı sevməyə və zərərli vərdişlərdən uzaq olmağa çağırdılar. 

Görüş diskusiya şəklində davam etdi. Sonda birgə xatirə şəkilləri çəkdirildi.

Anar ƏLİ,

“Xalq qəzeti”

Elm