İraqın baş naziri İsveç səfirini ölkədən çıxardığını açıqlayıb

post-img

İraq hökuməti İsveçin Bağdaddakı səfirini ölkədən çıxarmaq və Respublikanın Stokholmdakı müvəqqəti işlər vəkilini geri çağırmaq qərarına gəlib.

INA agentliyinin məlumatına görə, bunu İraqın baş naziri Məhəmməd əl-Sudani deyib.

Onun sözlərinə görə, İraq Nazirlər Kabinetinin rəhbəri Xarici İşlər Nazirliyindən İsveç səfiri Cessika Svardstromun İraq ərazisini tərk etməsini, İraqın Stokholmdakı müvəqqəti işlər vəkilinin isə vətəninə qayıtmasını tələb edib.

"Xalq qəzeti"

Dünya