Fövqəladə Hallar Nazirliyində müşavirə keçirilib

post-img

İyulun 20-də Fövqəladə Hallar Nazirliyində (FHN) nazir general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə müşavirə keçirilib.

FHN-in mətbuat xidmətindən bildirilib ki, nazir müavinləri, nazirliyin müvafiq baş idarə, idarə, qurum və regional mərkəzlərinin rəislərinin iştirakı ilə keçirilən müşavirədə cari məsələlər, o cümlədən regional mərkəzlərin fəaliyyəti müzakirə olunub.

Müşavirədə çıxış edən nazir Kəmaləddin Heydərov ölkədə təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə əlaqədar nazirliyin üzərinə düşən vəzifələrin icra vəziyyəti və qarşıda duran məsələlər barədə danışıb. Bu çərçivədə, nazir fövqəladə halların qarşısının vaxtında alınması məqsədilə nazirliyin nəzarət funksiyalarına malik qurumları ilə regional mərkəzlərin koordinasiyalı fəaliyyətinin əhəmiyyətini qeyd edib, bu istiqamətdə həlli vacib məsələlərə toxunub.

Sonra nazirliyin müvafiq qurum və regional mərkəzlərinin rəisləri aidiyyəti sahələr üzrə görülən işlər barədə ətraflı məlumat veriliblər.

Müşavirəyə yekun vuran nazir fövqəladə hallarla mübarizə üzrə aidiyyəti qurum və regional mərkəzlərin üzərinə düşən mühüm vəzifələri xatırladıb, müvafiq tapşırıqlarını verib.



Son xəbərlər