Qafqazşünaslıq İnstitutunun baş direktoru beynəlxalq simpoziumda çıxış edib

post-img

AMEA-nın Qafqazşünaslıq İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı 17-18 iyulda Ankarada Türkiyə Cümhuriyyəti Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Atatürk Kültür, Dil, Tarix Yüksək Qurumu, Atatürk Araşdırma Mərkəzi Başkanlığı və Türk Tarix Qurumunun təşkil etdiyi Lozan sülh konfransının 100 illiyinə həsr edilmiş beynəlxalq simpoziumda iştirak edib.

Alim “G.Çiçerinin Lozannada ermənilərlə görüşü: sovet dövlətinin hədəfləri və fəaliyyətinin nəticələri (G.Çiçerinin məktubları və rəsmi mənbələr əsasında)” mövzusunda məruzə edib.

Türkiyə, Böyük Britaniya, Almaniya, Fransa və Gürcüstandan alimlərin və türk diplomatlarının iştirak etdiyi panel iclasında maraqlı müzakirələr aparılıb.

Anar ƏLİ,

“Xalq qəzeti”

Elm