Elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində sertifikatlaşdırma imtahanında yüksək nəticə əldə etmiş müəllimlərlə görüşü zamanı sertifikatlaşdırma imtahanının orta aylıq əməkhaqqı məbləğinə təsirindən danışıb.
Onun sözlərinə görə, hazırda orta aylıq əmək haqqı 830 manat təşkil edir: “Sertifikatlaşdırma imtahanında yüksək nəticə göstərənlər üzrə 35 faiz əlavə alanlar 1270 manat, 10 faiz əlavə alanlar 1030 manat, imtahanda iştirak etməyən heyət üzvləri 750 manat alırlar. Çalışırıq ki, əmək haqqı artımına bundan sonra da nail olaq”.
O qeyd edib ki, 28 929 müəllim 500 AZN-ə qədər, 63 983 müəllim 500-1000 AZN arası, 34 165 müəllim 1000-1500 AZN arası, 6177 müəllim 1500-2000 AZN, 542 nəfər isə 2000 AZN və daha artıq maaş alacaq.
Rizvan FİKRƏTOĞLU,
“Xalq qəzeti”