Yaxın günlərdə keçirilmiş sertifikasiya imtahanları yekunlaşıb. Elm və Təhsil Nazirliyi bununla bağlı “Sertifikatlaşdırma: Peşəkar müəllim-keyfiyyətli təhsil” brifinqi keçirib, sertifikasiya imtahanları ilə bağlı statistika ictimaiyyətə təqdim edilib.
Elm və təhsil naziri Emin Əmrullayev tədbirində deyib ki, sertifikatlaşdırma prosesinin birinci mərhələsi 2022-2027-ci illəri əhatə edəcək. Onun sözlərinə görə, bu prosesin əsas məqsədi təhsildə keyfiyyəti artırmaq, həmçinin keçmiş səhvlərdən dərs çıxarmaqdır.
Rizvan FİKRƏTOĞLU,
“Xalq qəzeti”