Məleykə Abbaszadə: Dövlət qulluğunda işləmək istəyənlər ana dilimizi aydın bilməlidir

post-img

Dövlət qulluğunda işləmək istəyənlər ana dilimizi aydın bilməlidir. Ola bilsin ki, gələcəkdə həmin namizədlərin Azərbaycan dilini B2 səviyyəsində bilməsini yoxlayıb, dövlət qulluğuna qəbul etmək mümkün ola bilər. Təbii ki, bu da qanunvericilikdə öz əksini tapmalıdır. Hər halda məsələ müzakirə oluna bilər.

Bu fikirləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə İnsan Resursları Zirvəsində “Yerin dərinliyindən beyin dərinliyinə köç” mövzusundakı paneldə çıxışı zamanı deyib.

DİM sədri qeyd edib ki, xaricdə təhsil alan Azərbaycan vətəndaşlarından dövlət qulluğunda işləmək istəyənlər var. Amma onlar Azərbaycan dilində imtahan verə bilmirlər və bunu bizə irad tuturlar. “Yüksəliş” müsabiqəsində müəyyən mərhələyə çatanlara dövlət qulluğu üzrə sertifikat verilə bilər: “Sertifikatın hansı dərəcəsinə uyğun olmasını müəyyənləşdirmək istiqamətində iş aparılır”.

 

Anar ƏLİ,

“Xalq qəzeti”

Elm