Fərid Qayıbov: Komanda oyununda qələbə yaxşı menecerlikdən asılıdır

post-img

Biz 2020-ci ildə komanda işi ortaya qoymaqla müharibədə qalib gəldik. Biz mini futbol üzrə Avropa Çempionatının qalibi olduq. Və o komandanın tərkibinin hamısı azərbaycanlılar idi. Deməli, hər şey həm də yaxşı menecerlikdən asılıdır.

Xalq qəzeti” xəbər verir ki, bu sözləri Gənclər və İdman naziri Fərid Qaylbov “Gələcəyə qayıdış” devizi ilə keçirilən İnsan Resursları Zirvəsində bildirib.

Nazir qeyd edib ki, bizim digər komada idman növlərində müxtəlif nailiyyətlərimiz də var. Ona görə düşünürük ki, komanda bir yerdə çalışmasa, nəticə əldə etmək mümkün deyil. Bunun üçün özümüzü, təhslimizi, təlimlərimizi inkişaf etdirməliyik. Amma yenə də düşünürəm ki, yaxşı lider olmasa, komanda üçün də çətin olacaq. 

Anar ƏLİ,

“Xalq qəzeti”

İdman