Memarlarımız Ulu Öndərin xatirəsini silsilə tədbirlərlə qeyd edirlər

post-img

Azərbaycan Memarlar İttifaqı “Heydər Əliyev İli” çərçivəsində böyük siyasətçi, həyatını yaradıcılığa, quruculuğa həsr etmiş Ümummilli Lider Heydər Əliyevin xatirəsini silsilə tədbirlərlə qeyd edir.

Memarlar İttifaqından AZƏRTAC-a bildirilib ki, bunlardan ən əsası - mayın 5-də keçiriləcək “Müasir Azərbaycan memarlığında Heydər Əliyev fenomeni” mövzusunda konfransdır. Burada 70-ci illərdə və müstəqillik illərində memarlıq sahəsində ölkəmizdə görülən böyük işlərin təşəbbüskarı olmuş Heydər Əliyevin fəaliyyəti haqqında çıxışların səslənməsi və sərginin nümayişi gözlənilir.

Hazırda isə Ulu Öndərin 100 illiyinə hədiyyə olaraq, Azərbaycan Memarlar İttifaqı ölkəmizin əsas kitab mərkəzi olan Azərbaycan Milli Kitabxanasına memarlıq sənəti üzrə 25 adda 500-dən çox yeni kitab hədiyyə edib.

Qeyd edək ki, bu kitabların nəşrə hazırlanması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı əsasında Azərbaycan Memarlar İttifaqı tərəfindən həyata keçirilib.

Elm