Azərbaycan-Qazaxıstan sənədləri imzalanıb - YENİLƏNİB

post-img

Aprelin 10-da Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi olub.

Azərbaycan Respublikasının Prezi­denti İlham Əliyev və Qazaxıstan Respub­likasının Prezidenti Kasım-Jomart Tokayev “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Protokolu” və dövlət başçılarının birgə bəyanatını imzaladılar. 

“Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC ilə “Qazaxıstan Res­publikası Prezidentinin Teleradiokomplek­si” Qeyri-Kommersiya Səhmdar Cəmiyyəti arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum”u AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev və “Qazaxıstan Respublikası Prezidentinin Teleradiokompleksi” Qeyri-Kommersiya Səhmdar Cəmiyyətinin baş direktoru Ra­uşan Kajibayeva imzaladılar.

“Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə Qazaxıstanın Tətbiqi Etnosiya­si Araşdırmalar İnstitutu arasında elmi və mədəni əməkdaşlıq haqqında Memoran­dum”u Azərbaycan Respublikasının Qa­zaxıstan Respublikasındakı səfiri Ağalar Atamoğlanov və Qazaxıstanın Tətbiqi Et­nosiyasi Araşdırmalar İnstitutunun direkto­ru Talqat Kaliyev imzaladılar.

“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Qa­zaxıstanın Xarici Ticarət Palatası arasında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və Qazaxıstanın Xarici Ticarət Palatasının İdarə Heyətinin sədri Ayan Yerenov imzaladılar. 

“Azərbaycan Milli Elmlər Akademiyası və Qazaxıstan Respublikasının Milli Elm­lər Akademiyası arasında elm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memo­randumu”nu Azərbaycan Milli Elmlər Aka­demiyasının prezidenti İsa Həbibbəyli və “Qazaxıstan Respublikasının Milli Elmlər Akademiyası” Respublika İctimai Birliyinin prezidenti Murat Jurinov imzaladılar. 

“Azərbaycan Respublikasının Diaspor­la İş üzrə Dövlət Komitəsi ilə Qazaxıstan Respublikasının “Otandastar Fondu” ara­sında Anlaşma Memorandumu”nu Azər­baycan Respublikasının Qazaxıstan Res­publikasındakı səfiri Ağalar Atamoğlanov və Qazaxıstan Respublikasının “Otandas­tar Fondu”nun prezidenti Abzal Saparbe­kulı imzaladılar. 

“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Qazaxıstan Res­publikasının İnformasiya və İctimai İnkişaf Nazirliyi arasında anlaşma və əməkdaşlıq haqqında Memorandum”u Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov və Qazaxıstan Respublika­sının informasiya və ictimai inkişaf naziri Darxan Kıdırali imzaladılar.

 

AZƏRTAC









Rəsmi xronika