Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflərin Konfransının 29-cu sessiyasının altıncı günündə müxtəlif yerli və beynəlxalq təşkilatlar Mavi və Yaşıl Zonada fəaliyyətlərini davam etdiriblər. Yaşıl zonada da eyni aktivlik müşahidə olunur. Burada müxtəlif maraqlı tərəflərin - dövlət və özəl sektor, media işçiləri, alimlər, gənclər, yerli icmalar, QHT-lər, vətəndaş cəmiyyəti nümayəndələrini də əhatə edən geniş iştirakçı auditoriyasının bir araya gələrək ünsiyyət qurduğu məkandır.
Yaşıl Zonada ziyarətçilər arasında Türkiyə Respublikasının Azərbaycandakı səfiri Cahit Bağçı XQ-ə qısa müsahibəsində bildirdi ki, bu gün Azərbaycan yüksək təşkilatçılıq keyfiyyətlərinə əsaslanaraq böyük beynəlxalq tədbirə evsahibliyi edir:
– Bu baxımdan qardaş Azərbaycanın COP29 sammitini ən yaxşı şəkildə keçirdi. Biz COP29-u Azərbaycanı daha da gücləndirəcək qlobal tədbir kimi görürük. Türkiyə olaraq bu tədbirdə ən yüksək səviyyədə iştirak edirik.
Hesab edirəm ki, həm iqlim dəyişikliyi, həm də onun təsirləri ilə mübarizə aparmaq üçün səylərimizi davam etdirməyimiz çox vacibdir. Buna görə də, COP konfransları kimi müntəzəm tədbirlər tərəqqini ölçmək və hər kəsə bunun əsas məsələlərindən biri olduğunu xatırlatmaq üçün vacibdir.
COP29 qlobal səviyyədə izlənilən bir tədbirdir, həmin tədbir zamanı müxtəlif məsələlər dünya ictimaiyyətinin diqqət mərkəzində olur. COP29 iştirakçıları ətraf mühitə xüsusi diqqət yetirməklə yeni əhəmiyyətli enerji layihələrinin həyata keçirilməsi mövzusuna toxunurlar ki, bu da çox əhəmiyyətlidir. Əsas odur ki, qlobal həmrəylik, yaşıl dünya uğrunda mübarizədə ümumi səy göstərilir və buna görə də deyə bilərik ki, konfrans çox böyük uğurla keçir”.
Burundini təmsil edən Nkurunziza Jadot COP29-nun hər kəsin xatirəsində qalacağına inandığını bildirdi. Onun sözlərinə görə, ölkələrin bir araya gələrək qlobal problemləri həll etməyə çalışmaları vacibdir:
– Beynəlxalq əməkdaşlıq olmasa, dünyada ekoloji vəziyyət daha da pisləşəcək. Böhran sərhəd tanımır, nəticələr bütün ölkələrə təsir edir. Artıq bu gün bəşəriyyət ciddi təbii fəlakətlərlə üz-üzədir. İqlim dəyişmələrindən Afrika ölkələrə də ciddi əziyyət çəkir. Kənd təsərrüfatı sektorunda iqlim dəyişikliyi səbəbindən ciddi itkilər qeydə alınır və qarşıdakı illərdə zərərin miqyası arta bilər. Buna görə də hamının yaşıl dünyamızı qorumağa çalışmalı və təxirəsalınmaz qərarlar qəbul etməliyik. Bu mənada Bakı keçirilən COP29-un əhəmiyyəti yüksəkdir.
Səbuhi MƏMMƏDOV,
Elşən AĞALAR (foto)
XQ