Bakı konfransı qonağı Şamaxıda

post-img

Azərbaycanda keçirilən COP29 beynəlxalq tədbiri çərçivəsində Bolqarıstan Respublikasının Prezidentinin xanımı Desislava Radeva qədim Şamaxı şəhərinə səfər edib.

Səfər zamanı qonaq Azərbaycanın ən qədim məscidlərindən biri olan Cümə məscidində olub. Məscidin axundu Mirəhməd Mustafayev qonağa ölkəmizdəki multikultural mühit və dini dəyərlər barədə geniş məlumat verib.

Şamaxıdakı müasir kənd təsərrüfatı və turizm müəssisələri ilə tanış olan xanım Desislava Radevaya Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov rayonun tarixi, mədəni həyatı, sosial-iqtisadi və turizm potensialı ilə bağlı həyata keçirilən layihələrdən danışıb.

Xanım Desislava Radeva Şamaxıya səfəri zamanı “Yaşıl dünya naminə həmrəylik ili”nə tövhə olaraq ağac əkib.

İlqar HƏSƏNOV
XQ-nin bölgə müxbiri

Ekologiya