COP29 çərçivəsində XV Dünya İqlim Sammiti

post-img

Bakıda noyabrın 17-də COP konfranslarına paralel olaraq biznes və dövlət sektoru üçün ən böyük tədbir olan XV Dünya İqlim Sammiti keçiriləcək. Sammit enerji, nəqliyyat, tikinti, sənaye, maliyyə və təbiət sahələrində dekarbonizasiya səyləri üçün mühüm önəm daşıyan vacib sektorlarda ən yaxşı təcrübələrin mübadiləsi üçün platforma rolunu oynayacaq.  

Hazırkı sammit 2030-cu ilə qədər enerji keçidi hədəflərinə nail olmaq, eləcə də 2050-ci ilə qədər sıfır emissiyalı şərait  yaratmaq məqsədilə innovasiyalar və investisiyaların həyata keçirilməsi üçün dövlət–özəl tərəfdaşlığını  əhəmiyyətli dərəcədə gücləndirmək məqsədi daşıyır.  

Sammitin 90-dan çox ölkədən 2000-dən çox iştirakçını, o cümlədən dövlət başçılarını, ən böyük şirkətlərin rəhbərlərini, ekspertləri və fəalları həm şəxsən, həm də onlayn formatda bir araya gətirəcəyi gözlənilir.

Sammitin əsas mövzusu Paris Sazişinin məqsədlərinə nail olmaq və iqlim dəyişikliyinin fəlakətli nəticələrinin qarşısını almaq üçün fəaliyyətlərin sürətləndirilməsi olacaq.

 

Ekologiya