Hotellər qlobal iqlim konfransına tam hazırdır

post-img

Azərbaycan Hotel Assosiasiyasının baş icraçı direktoru Günay Sağlam bildirib ki, Bakı, Abşeron və Sumqayıtda yerləşən hotellər COP29-a gələcək qonaqları yüksək səviyyədə qarşılamağa tam hazırdır. Bu ərazilərdəki hotellərin ulduz təsnifatı prosesi artıq tamamlanıb, ümumilikdə, 220 hotelə müvafiq ulduz dərəcəsi təyin edilib.

Onun sözlərinə görə, hazırlıq dövründə Hotel Assosiasiyası hotellərin xidmət keyfiyyətinin yüksəldilməsi üçün konsultasiyalar aparıb. Assosiasiya Dövlət Turizm Agentliyinin dəstəyi ilə Bakı, Abşeron və Sumqayıtda yerləşən hotellərin əməkdaşları üçün 12 moduldan ibarət İxtisaslaşmış hotelçilik təlimləri keçirib. Təlimlər qonaq məmnuniyyətinin birbaşa bağlı olduğu ön büro, təmizlik xidməti, iaşə xidməti və idarəetmə istiqamətlərini əhatə edib. COP29 müddətində ciddi diqqət ayrılmalı olan təhlükəsizlik tədbirləri, qonaqların profili, hotellərdə dayanıqlılıq təcrübələrinin tətbiqi haqqında hotel əməkdaşları və rəhbərlərinə ətraflı məlumat verilib.

 

Ekologiya