Tarixi abidələrimiz qonaqları yeni görkəmdə qarşılayacaq

post-img

Bakı şəhərində yerləşən 193 tarix-memarlıq abidəsi olan binada COP29 tədbiri ilə əlaqədar aparılan təmir-bərpa işləri çərçivəsində abidələrin tarixi dəyərinin, orijinallığının, dayanıqlığının və bədii-estetik görkəminin qorunub saxlanılması məqsədilə daimi nəzarət təşkil edilib. Bu barədə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, təmir-bərpa işləri podratçı şirkətlərlə əməkdaşlıq çərçivəsində, mütəxəssislərin nəzarəti altında həyata keçirilir. Ötən müddətdə abidələrin bədii-estetik görkəminə xələl gətirən reklam və məişət qurğuları, kommunikasiya xətləri binaların fasadlardan təmizlənib. Qurumun məlumatına görə, təmir-bərpa və abadlıq işlərinin tarixi abidələrin memarlıq üslubuna, bədii-estetik görkəminə xələl yetirilmədən aparılmasına ciddi nəzarət olunur.

Ekologiya