COP29-un prezidenti Britaniyanın dövlət katibi ilə görüşüb

post-img

COP29-un müəyyən olunmuş prezidenti, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Böyük Britaniyanın enerji təhlükəsizliyi və “xalis sıfır” emissiyalar üzrə dövlət katibi Ed Milibendlə görüşüb.

Tərəflər dekarbonizasiya üzrə Paris sazişinin məqsədlərinə nail olmağın əhəmiyyətini vurğulayıb və qlobal enerji keçidini sürətləndirmək, beynəlxalq əməkdaşlığı gücləndirmək və iqlim məqsədlərinə nail olmaq baxımından dayanıqlı texnologiyalara bərabər çıxışı təmin etmək üçün strategiyaları müzakirə ediblər.

Ekologiya