Yenə Aranda yağmursuz, dağlarda yağış, duman və külək

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Mil­li Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, iyulun 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. 

Lakin gündüz ayrı-ayrı yerlərdə arabir yağış ya­ğacağı, yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Müla­yim şimal-qərb küləyi əsəcək. Gecə 21-26°, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-65, gün­düz 45-50 faiz olacaq. Abşeron çimərliklərində göz­lənilən dəniz suyunun temperaturu: Şimal çimərliklə­rində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq. Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qı­samüddətli leysan xarakterli olacağı, şimşək çaxaca­ğı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi bəzi yerlərdə ara­bir güclənəcək. Havanın temperaturu gecə 22-27°, gündüz 35-38°, bəzi yerlərdə 40°, dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacaq.

Q.QASIMOV
XQ

Ekologiya