Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, iyunun 5-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Mülayim cənub-şərq küləyi əsəcək. Gecə 19-24°, gündüz 31-36° isti olacaq.
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 40-50 faiz olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq rayonlarda qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23°, gündüz 33-38°, dağlarda gecə 8-13°, gündüz 16-21°, bəzi yerlərdə 26° isti olacaq.
Q. QASIMOV
XQ