Aranda duman, dağlarda yağış

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən aprelin 24-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. 

Əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi əsə­cək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəz oluna­caq. Gecə 14-17°, gündüz 24-29° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət 40-50 faiz olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxa­cağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şərq küləyi əsə­cək. Havanın temperaturu gecə 13-17°, gündüz 25-30°, dağlarda gecə 5-10°, gündüz 13-18° isti olacaq.

Q. QASIMOV
XQ

Ekologiya