Yenə də yağmursuz və dumanlı...

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən aprelin 17-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. 

Mülayim cənub küləyi əsəcək. Gecə 9-14°, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 762 mm civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 45-55 faiz olacaq. Azərbay­canın rayonlarında hava, əsasən, yağ­mursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək, bəzi şərq rayonlarında arabir güclənə­cək. Havanın temperaturu gecə 9-14°, gündüz 22-27°, dağlarda gecə 5-10°, gündüz 15-20° isti olacaq. 

Q. QASIMOV
XQ

Ekologiya