Abşeronda yağmursuz, bölgələrdə yağıntılı və dumanlı...

post-img

Ekologiya və Təbii Sərvətlər Na­zirliyi Milli Hidrometeorologiya Xid­mətinin verdiyi məlumata əsasən aprelin 06-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözləni­lir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. 

Səhər bəzi yerlərdə duman. Şi­mal-qərb küləyi əsəcək. Gecə 6-11°, gündüz 13-18° isti olacaq. Atmosfer təz­yiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-75, gündüz 45-50 faiz olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxaca­ğı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə ara­bir duman əsəcək. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-11°, gündüz 15-20°, dağlarda gecə 0-5°, gündüz 5-10° isti olacaq.

Q.QASIMOV
XQ

Ekologiya