Pomidor damarlara “süpürgə” çəkir

post-img

Tomat şirəsi ürək-damar sağlamlığını yaxşılaşdırmağa kömək edir. Mütəxəssislər bildirirlər ki, pomidorda olan likopen həm qadın, həm kişilər üçün antixərçəng və damar sistemini sağlamlaşdıran maddə kimi təsdiqini tapıb.

Likopen pomidora bütünlüklə qırmızı rəng verən maddə­dir. Özü də ən faydalı pomidor çox yetişmiş, yumşalmış, tünd qırmızı pomidorlardır. Pomidoru gün altında qurudub pomidor qurusu hazırlayırlar. O, xüsusilə faydalıdır.

Bundan başqa pomidorları şirəçəkəndən keçirib, təzə şirə­sini, yaxud tomat şirəsini içmək damarları açır, ödqovucu xas­səsi ilə qaraciyəri toksinlərdən azad edir. Eyni zamanda, şirə, bədəndən sərbəst radikalları çıxarır, hüceyrələri yeniləyir.

Pomidor şirəsinin orqanizmə bu qədər faydaları olmasına baxmayaraq, onun zərərli təsirləri də var. Belə ki, qastroen­teroloqlar həm kiçik yaşlı uşaqlara, həm də mədə reflüksü olanlara pomidor yemək və tomat şirəsi içməyin ağır nəticələr verə biləcəyini deyirlər.

Onların tövsiyələrinə görə, pomidor duzsuz və əlavəsiz yeyilməlidir.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat