Ağalıda işsiz qalmayacaq

post-img

Yarmarka Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə gerçəkləşib. Xəbəri mətbuata agentliyin əməkdaşı açıqlayıb. 

Məlumatda qeyd edilir ki, tədbirdə aktiv məşğulluq tədbirində dövlət və özəl sektordan olan 26 işəgötürən iş­tirak edib və müxtəlif istiqamətlər üzrə 253 vakansiya təqdim olunub. 

Bildirilib ki, Böyük Qayıdış proqramı çərçivəsində diqqətdə saxlanılan əsas məsələlərdən biri də işəgötürənlərin kadrlara olan ehtiyaclarının ödənilmə­sidir. 

Yarmarkaya qatılan sakinlərə va­kansiyalar, iş öhdəlikləri haqqında mə­lumat verilib, müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçiri­lib, uyğun namizədlərin qeydiyyatı apa­rılıb.

Yarmarka iştirakçılarına agentlik tərəfindən azad olunan ərazilərdə icra edilən aktiv məşğulluq tədbirləri ilə bağ­lı məlumat verilib.

XQ

Sosial həyat