Güclü istilər səbəbindən İtaliyanın 16 şəhərində qırmızı həyəcan səviyyəsi elan edilib, Yunanıstanda isə temperatur 40 dərəcə Selsiyə çatıb.
Bu barədə BBC xəbər verir.
Avropada növbəti isti dalğası yaxınlaşdığından daha isti temperatur gözlənilir. İspaniyanın cənubunda, İtaliyanın cənub-şərqində və ola bilsin ki, Yunanıstanda temperaturun 47 dərəcəyə yüksələcəyi gözlənilir.
İtaliya hökuməti qırmızı həyəcan siqnalının verildiyi ərazilərdə hər kəsə səhər 11:00-dan axşam 18:00-a qədər birbaşa günəş işığından qaçınmağı və yaşlılara və ya həssas insanlara xüsusi qayğı göstərməyi tövsiyə edir.
Yunanıstanda termometr +40 və daha çox dərəcəyə çatır. Ölkənin ən məşhur attraksionu olan Afinadakı Akropol ən isti saatlarda turistlər üçün qadağan edilib.
"Xalq qəzeti"