Xəzərin sahilində aksiya keçirildi

post-img

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi çərçivəsində “Azərbaycan Fotoqrafları Birliyi (AFB)”nin təşkilatçılığı və “Ekol Mühəndislik Xidmətləri ” QSC-nin dəstəyi ilə dəniz sahilinin məişət tullantılarından təmizlənmə aksiyası keçirilib. “Azərbaycan Fotoqrafları Birliyi”nin idarə heyətinin üzvləri Amira Süleyman, Aydın Mehdiyev və Ayxan Əhmədov, həvəskar fotoqraflar, Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllim və tələbə heyəti, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin dəstəyi və əməkdaşları və Abşeron Milli Parkının könüllülərinin iştirakı ilə Xəzər dənizinin sahilyanı ərazisi məişət tullantılarından təmizlənib.

Tədbirin  keçirilməsində əsas məqsəd Xəzər dənizində son illər baş verən təbii proseslər zamanı suyun çəkilməsi ilə əlaqədar yaranan vəziyyət və bu vəziyyətdən çıxış yolu tapmaq üçün  ictimaiyyətin fikrini bu tipli aksiyalara cəlb etməkdən ibarətdir. Aksiya zamanı təyin  olunan ərazi kimi Abşeron Milli Parkının Şah Dili Qoruğu sahil zolağında “Təbiətə bir gün” devizi altında məişət tullantılarından, plastik və dəmir qablardan təmizləmə işləri aparılmış, toplanmış tullantılar tullantı məntəqəsinə təhvil verilmişdir.

 Sonda, aksiya iştirakçıları ilə gələcəkdə də bu cür ekoloji yönümlü layihələrin həyata keçirilməsi haqqında söhbətlər aparılmışdır.

Qeyd edək ki, aksiya Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamın 2-ci bəndinin icrasını təmin etmək məqsədilə təşkil olunmuşdur. 





Ekologiya