Prezident Donald Tramp bildirib ki, ABŞ-ın İrandakı hazırkı hərbi əməliyyatının dörd-beş həftə davam etməsi gözlənilir, lakin zərurət yaranarsa daha uzun müddət davam edə bilər.
Tramp ABŞ-ın “Epik qəzəb əməliyyatı” ilə bağlı Ağ Evdə keçirilən mərasimdə deyib: “Biz dörd-beş həftə planlaşdırmışıq, amma əməliyyatı daha uzun müddətə uzatmaq imkanımız var. Biz bunu edəcəyik”.
Prezident əməliyyatın müddətini İranın ənənəvi raket istehsalı infrastrukturunun məhv edilməsi ilə əlaqələndirərək, bunu təcili və artan təhlükə adlandırdı.
Tramp İranın ənənəvi ballistik raket proqramının “sürətlə və qəzəbli şəkildə” irəlilədiyini bildirib: “Bu, Amerika və xaricdə yerləşən qoşunlarımız üçün çox açıq və nəhəng bir təhlükə yaradırdı. Rejimin artıq Avropanı və həm daxili, həm də xarici bazalarımızı vura bilən raketləri var idi, Tezliklə gözəl Amerikamıza çata bilən raketləri ola bilər”.
Tramp deyib: “Məqsədlərimiz aydındır. Birincisi, biz İranın raket potensialını məhv edirik... İkincisi, biz onların donanmasını məhv edirik. Biz artıq 10 gəmini batırmışıq. Onlar dənizin dibindədirlər”.
P.ƏMİRCANOV
XQ

