Bu gün Əbu-Dabidə ABŞ-Rusiya-Ukrayna danışıqları başlayır

post-img

ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoffun içərisində olduğu güman edilən təyyarə fevralın 4-də Ukraynadakı münaqişənin həlli ilə bağlı üçtərəfli danışıqların keçiriləcəyi Əbu-Dabi hava limanına eniş edib.

TASS agentliyinin mənbəyi bildirib ki, “ABŞ prezidentinin xüsusi nümayəndəsini daşıyan təyyarə gəlib”.

Rusiya, ABŞ və Ukrayna tərəflərinin iştirak edəcəyi danışıqlar 4 fevral çərşənbə axşamından 5 fevral cümə axşamına qədər Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında keçiriləcək.

Ağ Evin mətbuat katibi Kerolin Livitt bir gün əvvəl ABŞ prezidentinin kürəkəni Cared Kuşner kimi Uitkoffun da danışıqlar üçün Əbu-Dabiyə gələcəyini açıqlamışdı. Eyni zamanda, Kremlin sözçüsü Dmitri Peskov Rusiya danışıqlar qrupuna Silahlı Qüvvələrin Baş Qərargahı Baş İdarəsinin rəisi admiral İqor Kostyukovun rəhbərlik edəcəyini açıqlamışdı.

P.ƏMİRCANOV
XQ

Dünya