Polşa Avropanın ən böyük dron əleyhinə müdafiə sistemini qurur

post-img

Polşa Avropada ən böyük dron əleyhinə müdafiə sisteminin qurulmasına hazırlaşır. Le Monde qəzetinin Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamışa istinadən verdiyi məlumata görə, layihənin icrası ilə bağlı müqavilənin yaxın günlərdə imzalanması gözlənilir. Nazir bildirib ki, Polşa Silahlanma Agentliyi ilə bu məqsədlə yaradılmış konsorsium arasında danışıqlar artıq yekunlaşıb.

Məlumata görə, ölkənin şərq sərhədləri boyunca yerləşdiriləcək “dron əleyhinə qalxan”ın dəyəri təxminən 2 milyard avro təşkil edir. Sistem yerli istehsalçıların silahlarını xarici texnologiyalarla birləşdirəcək.

Vladislav Kosinyak-Kamış əlavə edib ki, ötən il Türkiyənin Anduril qrupu ilə elektron müharibə və elektron müdafiə avadanlıqlarının tədarükünə dair müqavilə imzalanıb. Eyni zamanda, Norveçin Kongsberg şirkəti də layihə üzrə aparılan danışıqlarda iştirak edir.

Qeyd olunur ki, bu müdafiə sistemi Polşanı pilotsuz uçuş aparatlarından qaynaqlanan təhdidlərdən qorumaq və sərhəd təhlükəsizliyini əhəmiyyətli dərəcədə gücləndirmək məqsədi daşıyır.

S.ELAY

XQ

Dünya