Aşqabadda Neytrallıq Abidəsi ziyarət olunub

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabadda Neytrallıq Abidəsinin önünə əklilqoyma mərasimində iştirak edib. Məlumatı “Anadolu” verib. 

Mərasimdə həmçinin Beynəlxalq Sülh və Etimad Forumunda iştirak etmək üçün Türkmənistan paytaxtına gəlmiş dövlət və hökumət başçıları, o cümlədən Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkan da iştirak ediblər.

Mərasimdə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Prezident Ərdoğanın sağında, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov isə solunda dayanıblar.

Prezident Ərdoğan və dəvət olunmuş qonaqlar birgə fotosessiyada və Beynəlxalq Sülh və Etimad Forumunun açılış mərasimində iştirak edəcəklər.

Prezident Ərdoğan forumun “Sülh və etibar: Davamlı gələcək üçün məqsəd birliyi" adlı ümumi sessiyasında çıxış edəcək.

P.ƏMİRCANOV
XQ

 

Dünya