ABŞ hökuməti fəaliyyətini dayandırıb

post-img

Oktyabrın 1-də, saat 12:01-də (Moskva vaxtı ilə 7:01) ABŞ rəsmi olaraq hökumətin fəaliyyətinin dayandırıldığını elan edib. Konqres yeni maliyyə ili üçün büdcəni qəbul edə bilmədiyindən federal hökumət fəaliyyətini dayandırıb. 

Məlumatı RBK yayıb. 

Bu müddət ərzində dövlət qurumlarına pul xərcləmək qadağan edilir, dövlət işçilərinin əksəriyyəti məzuniyyətə buraxılır, kritik hesab edilən sahələr (səhiyyə işçiləri, sərhədçilər, hərbi qulluqçular, nəqliyyat işçiləri və s.) ödənişsiz işləyəcəklər.

Bu, təxminən son yeddi ildə ilk belə hadisədir. Son illərdə ABŞ hökuməti yalnız qismən fəaliyyətini dayandırıb, çünki Konqres üzvləri danışıqlar aparılarkən bir neçə ay ərzində davamlı qətnamələr qəbul ediblər. Müasir tarixdə indiki də daxil olmaqla 21 dəfə iş dayandırılıb, ən uzunu Trampın ilk prezidentliyi dövründə baş verib ­– 35 gün, 22 dekabr 2018-ci ildən 25 yanvar 2019-cu il tarixinə qədər davam edib. O vaxtlar məzuniyyətə çıxan bir sıra dövlət işçiləri ərzaq yardımı istəməyə, maaş almadan işləyənlər isə kütləvi şəkildə məzuniyyətə getməyə məcbur olublar. Bu dayanma ABŞ iqtisadiyyatına 3 milyard dollara başa gəlib.

P.Əmircanov
XQ

Dünya