Türkiyə Fəlakətlərin Qarşısının Alınması və Aradan Qaldırılması İdarəsinin (AFAD) məlumatına görə, cümə axşamı səhər Suriyanın Haseke şəhərində 4,3 bal gücündə zəlzələ baş verib.
Xəbəri “Anadolu” verib.
Departamentin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 05:30-da qeydə alınıb.
Zəlzələnin episentri Türkiyənin Mardin vilayətinin Nusaybin şəhərindən 95 km məsafədə yerləşib. Zəlzələnin ocağı 19 km dərinlikdə olub. Dağıntı və tələfat barədə məlumat yoxdur.
P.ƏMİRCANOV
XQ